Məktəbdə baş verən zəhərlənmədən müalicə alan şəxslər evə buraxıldıbackend

Məktəbdə baş verən zəhərlənmədən müalicə alan şəxslər evə buraxıldı

Şəki rayonunun Qudula kənd orta məktəbində baş verən zəhərlənmə ilə əlaqədar xəstəxanada müalicə alan digər 4 nəfər də evə buraxılıb.

KONKRET.az xəbər verir ki, onların vəziyyəti yaxşıdır.

Günorta saatlarında isə 23 nəfər ambulator müayinə üçün evə buraxılmışdı.

Xatırladaq ki, bu gün Şəkidə orta məktəbin 24 şagirdi və 3 müəllimi zəhərlənib.

Hadisədə zərər çəkmiş bütün şagirdlər və işçi heyət təcili olaraq Şəki şəhər mərkəzi xəstəxanasına çatdırılıb.

İlkin araşdırmalara görə zəhərlənməyə məktəbdə mayın 19-da aparılmış dezinfeksiya işi səbəb olub. Mayın 23-də hava temperaturunun yüksək olması məktəbin inzibati binasının zirzəmi qatına səpilmiş dezinfeksiya maddələrinin buxarlanaraq zəhərlənməni yaratdığı ehtimal edilir.

Hadisə ilə bağlı müvafiq qurumlar araşdırma aparır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*