Məktəbdə şagird narkotik satır? – DİN-dən açıqlamabackend

Məktəbdə şagird narkotik satır? - DİN-dən açıqlama

Daxili İşlər Nazirliyi paytaxt ərazisində yerləşən orta məktəblərin birində şagirdin narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı mediada yayılan iddialara münasibət bildirib.

DİN Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev KONKRET.az-a bildirib ki, qeyd olunan məlumat ərazi polis orqanı əməkdaşları tərəfindən tam və hərtərəfli araşdırılıb, iddialar öz təsdiqini tapmayıb.

“Əlavə olaraq bildirirəm ki, bu iddialar qərəzlidir, haradan və kimdən qaynaqlandığı müəyyən edilib” – DİN rəsmisi bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*