Azərbaycanın ümumtəhsil müəssisələrində fevralın 1-dən etibarən tədris prosesinin bərpa olunacağı gözlənilir.
KONKRET.az report-a istinadən xəbər verir ki, artıq məsələ ilə bağlı müvafiq qurumlar tərəfindən məktəblərə tapşırıq verilib.
Belə ki, təhsil müəssisələrində tədrisin başlamasına hazırlıq işləri görülür.
Məlumata görə, fevralın 1-dən ibtidai siniflər növbəli şəkildə, həftədə iki-üç dəfə, fevralın 15-dən sonra isə V və IX siniflərin şagirdləri məktəbə gedəcək.
Sabah-yanvarın 22-də Təhsil naziri Emin Əmrullayevin iştirakı ilə 6 nömrəli məktəb-liseydə məktəblərdə tədrisin bərpasına həsr olunan brifinq keçiriləcək.
Xatırladaq ki, koronavirus pandemiyası səbəbindən hazırda dərslər distant qaydada təşkil olunur.
Teki mentebler acilsin insallah
Açılmasın məncə yoluxma biraz düşən kimi açırlar mekteb 1 həftə açılır sora yenə qalxır olur 5000 bir gozduyunde
Bes kurslar açılmır?
Kolleclər nə vaxt açılır bəs??