Məktəblər bu tarixdən AÇILACAQ – Hazırlıqlar başladıbackend

Məktəblər bu tarixdən AÇILACAQ - Hazırlıqlar başladı

Azərbaycanın ümumtəhsil müəssisələrində fevralın 1-dən etibarən tədris prosesinin bərpa olunacağı gözlənilir.

KONKRET.az report-a istinadən xəbər verir ki,  artıq məsələ ilə bağlı müvafiq qurumlar tərəfindən məktəblərə tapşırıq verilib.

Belə ki, təhsil müəssisələrində tədrisin başlamasına hazırlıq işləri görülür.

Məlumata görə, fevralın 1-dən ibtidai siniflər növbəli şəkildə, həftədə iki-üç dəfə, fevralın 15-dən sonra isə V və IX siniflərin şagirdləri məktəbə gedəcək.

Sabah-yanvarın 22-də Təhsil naziri Emin Əmrullayevin iştirakı ilə 6 nömrəli məktəb-liseydə məktəblərdə tədrisin bərpasına həsr olunan brifinq keçiriləcək.

Xatırladaq ki, koronavirus pandemiyası səbəbindən hazırda dərslər distant qaydada təşkil olunur.

  • Ayxan
    Yanvar 21, 2021 - 16:05

    Teki mentebler acilsin insallah

  • Behruz
    Yanvar 22, 2021 - 11:45

    Açılmasın məncə yoluxma biraz düşən kimi açırlar mekteb 1 həftə açılır sora yenə qalxır olur 5000 bir gozduyunde

  • Raksana
    Yanvar 22, 2021 - 12:21

    Bes kurslar açılmır?

  • Cavid
    Yanvar 23, 2021 - 01:45

    Kolleclər nə vaxt açılır bəs??

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*