“Məktəblər dini mesajların veriləcəyi yer deyil” – Emin Əmrullayevbackend

"Məktəblər dini mesajların veriləcəyi yer deyil" - Emin Əmrullayev

“Dini klipin hansı məktəbdə çəkilməsi barədə məlumatımız var. Məktəb binası hansısa dini, siyasi mesajların paylaşılması üçün yer olmamalıdır”.

KONKRET.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev bidlirib.

Nazir qeyd edib ki, hadisə ilə bağlı məktəb direktoru cəzalandırılıb:

“İnsanlar istənilən mövzuda klip çəkə bilərlər. Sadəcə onun məktəbdə çəkilməsi bizim prosedurlara ziddir. Hətta maarifləndirmə ilə bağlı da Təhsil Nazirliyindən icazə alınmalıdır. Bu halda belə bir icazə alınmamışdı. Hadisə bazar günü baş verib, valideynlər də iştirak edib. Biz məktəblərdə bu tip fəaliyyətin olmasını qeyri-qanuni hesab edirik. Həmin məktəb direktoru cəzalandırılıb, barəsində intizam tədbiri görülüb”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*