Məktəblərdə Yeni il tədbirləri keçiriləcək? – RƏSMİ AÇIQLAMAbackend

Məktəblərdə Yeni il tədbirləri keçiriləcək? - RƏSMİ AÇIQLAMA

“Məktəblərdə Yeni il tədbirləri keçirilməyəcək”.

KONKRET.az-a bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

“Pandemiya şəraitində məktəblərdə kütləvi böyük tədbirlərin keçirilməsi arzuolunan deyil. Təbii ki, valideynlərin bununla bağlı hər hansı təşəbbüslə çıxış etməsinin qarşısını ala bilmərik. Lakin bununla bağlı neqativ hal varsa, biz problemlərin həlli istiqamətində addımlar atmağa çalışacağıq. Ona görə belə hallarla rastlaşacaq şəxslər idarəyə müraciət edə bilərlər” – məlumatda qeyd edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*