“Hansısa təhsil müəssisəsində müəyyən yoluxma ocaqlarının yaranacağı qaçılmazdır”.
KONKRET.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayev brifinqdə çıxış edərkən deyib.
O bildirib ki, məktəblərdə yoluxma halları aşkarlanarsa, mütəxəssislərlə məsləhətləşib daha lokal, məhz həmin məktəblərlə bağlı qərar veriləcək:
“Ümid edirəm ki, distant təhsilə qayıtmağa məcbur olmayacağıq”.