Məktəbli formalarının qiymətləri müəyyənləşdibackend

Məktəbli formalarının qiymətləri müəyyənləşdi

Yeni məktəbli formalarının qiymətləri müəyyənləşib və satışına başlanılıb.

KONKRET.az xəbər verir ki, bu barədə Bakı Tikiş Evinin satış müdiri Etibar Əzimov bildirib.

O bildirib ki, satış bu gün səhər saatlarından başlayıb.

E.Əzimov qeyd edib ki, polo köynəklərin hamısının qiyməti 14 manat, şalvar və ətəklər 25 manatdır:

“Artıq bir neçə valideyn övladlarına geyim alıb. Biz bu il iki rəngdə, tünd-göy və boz rəngdə geyimlər hazırlamışıq. Geyimlər bu il yalnız 1-4-cü siniflər üçündür. Şagirdlər əvvəlki illərdəki formalarını da geyinə bilərlər”.

Hazırda satış yalnız Bakı Tikiş Evindədir, bir neçə gün sonra isə “Bravo” marketlər şəbəkəsində də satış başlayacaq.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*