DİN məktəblilər arasında baş vermiş bıçaqlanma ilə bağlı məlumat yaydı – YENİLƏNİBbackend

DİN məktəblilər arasında baş vermiş bıçaqlanma ilə bağlı məlumat yaydı - YENİLƏNİB

Daxili İşlər Nazirliyi (DİN) Şirvanda baş verən bıçaqlanma hadisəsi barədə məlumat yayıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan KONKRET.az-a bildirilib ki, bu gün saat 18 radələrində Şirvan şəhər sakini, 2009-cu il təvəllüdlü Ü.Ş. aralarında yaranmış mübahisə zəminində tanışı, 2010-cu il təvəllüdlü Ş.A-ya bıçaqla xəsarət yetirib. Sonuncu aldığı xəsarətlərdən Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində araşdırmalar aparılır.

20:36

Şirvanda məktəbli digər məktəblini bıçaqlayıb.

KONKRET.az xəbər verir ki, Şirvan sakini, 2010-cu il təvəllüdlü Allahverdizadə Şakir Həsənxan oğlu sol budunun kəsilmiş-deşilmiş yaraları ilə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Onun Ümid adlı 9-cu sinif şagirdi tərəfindən bıçaqla vurulduğu deyilir.

Faktla bağlı araşdırma aparılır. APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*