Moskvada Mədəniyyət Evində teatrın əməkdaşı 15 yaşlı qızı aldatdığı üçün saxlanılıb.
KONKRET.az rus mediasına istinadən xəbər verir ki, məktəblinin anası bədii miniatürlər teatrının direktorunun 39 yaşlı köməkçisindən polisə şikayət edib.
“Doqquzuncu sinif şagirdi anasına etiraf etdi ki, aprel ayından bəri 39 yaşlı teatr işçisi ona qarşı seksual xarakterli hərəkətlər edir”.
Qeyd edək ki, sentyabrın 12-də hüquq-mühafizə orqanlarının əməkdaşları teatrda bir neçə nəfəri dindirib, araşdırma aparılır.
Rəsmiyyə Şərifova,
KONKRET.az