KONKRET.az Paralel.az-a istinadən xəbər verir ki, Əməkdar incəsənət xadimi, aktrisa Məlahət Abbasova xalq artisti Səfurə İbrahimovanı xatırlayaraq yazıb: “Bu gün tam 8 ay oldu…. hirsin, tamahkarlığın, acgözlüyün, vicdansızlığın qurbanı. Mərhəmətin, insanlığın öldüyü anın qurbanı… Sənə ele bir ölümü, urvatsız, baxımsız, acılar içində, iç qanamalar içində səsini heç kimə duyuramadığın, səssiz-səssiz ölümə tərk edildiyin ölümü hələ də yaraşdıra bilmədim. Mənim yalnız doğan və yalnız ölümə məhkum edilənim. O qədər kaşkilərim var ki… Son görüntünü, səsini əsla unutmayacam.. Butun planlarımız yarımçıq qaldı… İstanbula gələ bilmədin… Oysa mənə soz vermişdin…. Ədalətimizə və İLAHİ ədalətə inanıram…”.