Melkonyan: “Türkiyə müasir Ermənistan üçün xarici siyasət prioritetinə çevrilir”backend

Melkonyan: "Türkiyə müasir Ermənistan üçün xarici siyasət prioritetinə çevrilir"

“Paşinyan Ərdoğanın andiçmə mərasimində iştirak etdi, lakin Putinin inaqurasiya mərasiminə getməkdən imtina edir”.

KONKRET.az xəbər verir ki, bu sözləri erməni politoloq Sergey Melkonyan Telegram kanalında yazıb.

O bildirib ki, Türkiyə müasir Ermənistan üçün xarici siyasət prioritetinə çevrilir.

“2023-cü il iyunun 3-də Nikol Paşinyan Türkiyə prezidenti Rəcəb  Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak edib. 2024-cü il mayın 7-də isə o, Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasimində iştirak etməyəcək. Heç bir reytinq olmadan. Sadəcə faktlar. Türkiyə müasir Ermənistanın xarici siyasətində prioritet istiqamətə çevrilir”, – deyə Melkonyan bildirib.

Xatırladaq ki, Ermənistan parlamentinin sədri Alen Simonyan bazar ertəsi jurnalistlərə açıqlamasında Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasimində iştirak etməyəcəyini bildirib.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*