KONKRET.az turkustan.az-a istinadən xəbər verir ki, NATO Dövlət və Hökumət Başçıları Zirvəsi çərçivəsində ABŞ-ın paytaxtı Vaşinqtonda olan prezident Rəcəb Tayyib Ərdoğan təmaslarını davam etdirir. Prezident Ərdoğan bu yaxınlarda İtaliyanın baş naziri Giorgia Meloni qəbul edib. Görüş zamanı Melonun Ərdoğana qarşı səmimi münasibəti diqqət çəkib.
Digər liderlərə olan uzaq münasibəti ilə adından söz etdirən Meloninin prezident Ərdoğana münasibəti ilə bağlı çox danışılıb. Həmin anın görüntüləri qısa zamanda sosial mediada ən çox müzakirə olunan mövzulardan birinə çevrilib.