“Mən sadəcə şokdayam”: Tanınmış ulduz təyyarədəki qalmaqal haqqında danışdıbackend

"Mən sadəcə şokdayam": Tanınmış ulduz təyyarədəki qalmaqal haqqında danışdı

Lidiya Velejeva Şeremetyevoda təyyarədə olan davranışını izah edib. KONKRET.az 5-tv.ru-ya istinadən xəbər verir ki, sərnişinlərin dediyinə görə, aktrisa uçuş gecikməsi səbəbindən yersiz davranmağa başlayıb, qalmaqala səbəb olan hərəkətlər edib. Aktrisa uçuş heyətinin tələblərini yerinə yetirməkdən imtina etdiyinə görə bortda əsl skandal yaşanlb.

Kino ulduzu isə bütün deyilənləri əsassız sayır və bildirir ki, yalnız uçuşun niyə təxirə salındığını öyrənməyə çalışıb. Amma təyyarənin salonunda heç bir səs-küy olmayıb: “Onlar səhv danışırlar və haqlı deyilər. Mən sadəcə şokdayam. Bilmirəm nə deyim?”

Ancaq şahidlərə görə aktrisa içkili olub Onun sərxoş olduğu iddia edilir. Belə ki, ulduz aviaşirkətin işçilərini təhqir etməyə başlayıb və həmçinin biletinin baha olduğunu, qalan sərnişinlərin isə pulsuz uçduğunu bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*