“Mən vətəndaşlarımıza müraciət edirəm: Biz bu vəziyyətdə çox uzağa gedə bilmərik”backend

“Mən vətəndaşlarımıza müraciət edirəm: Biz bu vəziyyətdə çox uzağa gedə bilmərik"

“Polşa tərəfi Rusiya ilə münaqişədə olan Ukraynaya artıq zərər vura bilməz”.

KONKRET.az xəbər verir ki, bu sözləri Polşanın baş naziri Donald Tusk fermerlər tərəfindən sərhəd keçidlərinin blokadaya alınmasını şərh edərkən bildirib.

Qeyd edək ki, Ukraynanın kənd təsərrüfatı məhsullarının idxalına etiraz edən polşalı fermerlər yenidən Ukrayna ilə sərhəddə iki sərhəd keçid məntəqəsini blokadaya alıblar.

Tusk hesab edir ki, etirazların səbəblərindən asılı olmayaraq, keçidlər artıq bağlana bilməz. O, fermerlərin anlayışına arxalandığını bildirib və onları könüllü olaraq blokadadan əl çəkməyə çağırıb.

“Mən düşünmürəm ki, Polşada layiqli kimsə Ukraynanı zəiflətmək istəsin”, – Tusk deyib.

“Mən vətəndaşlarımıza müraciət edirəm: Biz bu vəziyyətdə çox uzağa gedə bilmərik, bu gün Ukrayna ilə keçidlərimizi bağlaya bilmərik. Bu, sadəcə olaraq mümkün deyil”, – hökumət başçısı bildirib.

Yada salaq ki, Tusk və onun ukraynalı həmkarı Denis Şmıqal Varşavada məsləhətləşmələr aparıb, lakin bu danışıqlardan sonra polşalı fermerlər yenidən yük maşınlarının sərhəddən keçməsinə mane olmağa başlayıblar.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*