“Mən yarı türk, yarı ərəbəm, amma özümü türk hiss edirəm” – Erməni vətənpərvər Russo – VİDEObackend

"Mən yarı türk, yarı ərəbəm, amma özümü türk hiss edirəm" - Erməni vətənpərvər Russo - VİDEO

“Mən yarı türk, yarı ərəbəm, amma özümü türk hesab edirəm”.

KONKRET.az xəbər verir ki, bunu rusiyalı müğənni Avraam Russo deyib. Bu günlərdə isə o, türklərə və azərbaycanlılara açıq nifrətini ifadə edərək, özünü əsl erməni vətənpərvər elan edib.

Avraam Russo erməni Teleqram kanallarının birinin efirinə dəvət edilib və orada “mənim nəslimi türklər qırıb” deyib. Hətta qondarma qurumun yaşadığı Qarabağa qondarma adla mahnı da bəstələyib.

Açıq-aşkar görünür ki, ya Russonu pulun gücü danışdırır, ya da həqiqətən ermənidir, xislətini büruzə verir. Onun bütün nağıllarını dinləyən Telegram-ın bütün erməni “elita”sı xoşbəxtlikdən az qala başlarını itirəcəkdilər.

“Qanim qarışıb, yarı turk, yarı ərəbəm, amma özümü türk hiss edirəm”, – Russonun ikiüzlülüyü buradan məlum olur. Bütün Rusiya bilir ki, Telman İsmayılov ona sponsorluq edib, onun tanınmasında böyük rolu olub, böyük pullar xərcləyib.

İndi isə Russonun buqələmun olduğunu sübut edən, türkcə əla danışdığı və türk olduğunu bəyan etdiyi videonu təqdim edirik:

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*