“Məndə şiş tapılmayıb, Elgiz diaqnozu səhv salıb” – Xalq artistibackend

“Məndə şiş tapılmayıb, Elgiz diaqnozu səhv salıb” - Xalq artisti

“Məndə şiş tapılmayıb. Sadəcə papilloma olub, onu da çıxarıblar. Elgiz diaqnozu səhv salıb”.

KONKRET.az xəbər verir ki, bunu big.az-a açıqlamasında Xalq artisti Naibə Allahverdiyeva deyib. O bildirib ki, sinəsində şiş aşkarlanması xəbəri yalandır.

Qeyd edək ki, bir neçə gün öncə Naibə Allahverdiyevanın əməliyyat zamanı sinəsində şiş aşkarlanması barədə məlumat yayılıb. Belə ki, o, “Elgizlə izlə” proqramında sinə əməliyyatı zamanı problemin üzə çıxdığını deyib. Aparıcı Elgiz Əkbər isə bunu şiş adlandırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*