Menecer adı ilə taksi sürücülərinə qarşı dələduzluq edən şəxs SAXLANILDIbackend

Menecer adı ilə taksi sürücülərinə qarşı dələduzluq edən şəxs SAXLANILDI

Paytaxtda taksi sürücülərinə qarşı dələduzluq edən şəxs müəyyən edilib.

Daxili İşlər Nazirliyindən KONKRET.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə özünü otel meneceri kimi təqdim etməklə sürücülərin aldatma yolu ilə müxtəlif məbləğlərdə pullarını talamaqda şübhəli bilinən 1996-cı il təvəllüdlü Əli Dadaşov saxlanılaraq məsuliyyətə cəlb edilib.

O sosial şəbəkələrdə və elan saytlarında məlumatlar yerləşdirməklə “əlavə qazanc, yüksək gəlir” adı altında fəaaliyyət göstərib.

Onun əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, polisə müraciət etmələri tövsiyə edilir.

Araşdırmalar Səbail RPİ 9-cü Polis Bölməsində aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*