“Məni izləyən DTK zabiti Manuçar Qriqoryanın agenti imiş”backend

“Məni izləyən DTK zabiti Manuçar Qriqoryanın agenti imiş”

Eldar Sabiroğlu

II yazı

(I yazını bu linkdən oxuya bilərsiniz: https://konkret.az/sovet-ermenistani-qezeti-ve-casus-zaven-miatsum-herekati-haqqinda-qeydler/)

Qərbi Azərbaycanın, xüsusi ilə İrəvanın milli mədəniyyət, siyasi və ictimai fikir tariximizə verdiyi töhfələri görməzdən gəlmək bütövlükdə Azərbaycan tarixinin yarımçıq dərki demək olardı. Çar Rusiyası və İranın fars rejimi bütün zamanlarda əsri düşmənimizi dişləri və dırnaqları ilə müdafiə ediblər. 31 il bu millətin içərisində yaşamışam. Özləri kimi qorxaq və fahişə millət bir də özləridir. Ancaq arxalı köpək qurd basar. Bu hikmətli baba sözü erməninin alnına həkk olunub.

Tarix ədaləti sevdiyi kimi saxta “həqiqətləri” bəsləməyi də xoşlayır. Gerçəklərin ünvanı arxivlərdir. Canlı tarixlər burda olur. İrəvanın tarixini bir zamanlar tədqiqat aparmaq üçün iki dəfə Matenadarana getdim. lakin buraxmadılar. Üzümə dedilər ki, türk üçün yasaqdır. “Sovet Ermənistanı” qəzetinin sonuncu baş redaktoru İ.Məmmədovdan başqa bir nəfər Matenadarana gedə bilmirdi. İrəvanda bütün qapılar onun üzünə açılırdı. Nə sirr idi, axıra qədər anlayammadım.

Təsirlənmişdim. Özümə yer axtarırdım.  Kiçik bir xəbər hazırlayıb gecəyən səhifəyə yerləşdirdim. Gözümə heç nə görünmürdü.  Səhəri aləm bir-birinə dəydi.

MK məsələmi müzakirə etmək barədə baş redaktor Gahangir Əliyevə göstəriş vermişdi. Lakin o, xarakter sahibi idi. Məni təhlükədən bir töhmətlə qurtardı. Onu əymək, sındırmaq çətin idi. Qəzetin 1930-cu ildən bu yana redaksiyada arxivi vardı. Açarı məndə idi. Tez-tez arxivi gözdən keçirir, maraqlı materialları tapıb təkrar çap edirdim. Zaven Pştikyan bunu da lazımi yerə çatdırır. Baş redaktor katibəsi Əntiqə xanımın vasitəsilə ikinci “Matenadaranın” açarını aldı. Sonralar mənə məlum oldu ki, Zaven Pştikyan DTK zabiti Manuçar Qriqoryanın agenti imiş…

1965-ci il aprelin 24-ü vəziyyət kəskin hal alır. Azərbaycanlılar evlərindən bayıra çıxa bilmirlər. Təxribatlar ara vermirmiş. Buna baxmayaraq qəzetin əməkdaşları həmin gün bir nəfər kimi işdə olublar. MK-nın ikinci katibi Vartkes Hovhannesyanın şəxsən özü təhdidlərə rəhbərlik edirdi. Qəddar və türkü gözü götürməyənin birisi idi.

Hər il aprelin 24-ü qəzetin kollektivi işbaşında olardı. İldönümlərdən birində ömrünü bu qəzetə bağlayan istedadlı qələm sahibi, əməkdar jurnalist rəhmətlik Tofiq Məmmədov 39 dərəcə qızdırmanın içində bizimlə bərabər dayanmışdı.

İrəvan hər bir azərbaycanlı üçün qürur mənbəyi idi. Ancaq qədim şəhərimizi saxlaya bilmədik. Batum müqaviləsinin şərtləri altında 99 ilə şəhəri ermənilərə icarəyə verdik. Artıq 106 il keçib, nə icarə haqqını ödədilər, nə də şəhərimizi qaytardılar.

1988-ci ildə isə torpaqlar büsbütün türklərdən təmizləndi. Yer adları tamamilə dəyişdirildi. Tarixi abidələr, məscidlər və qəbiristanlıqlar yerlə-yeksan edildi. İndi nişanə üçün bircə daş belə tapa bilmərik. Bakının mərkəzində isə erməni kilsəsi hələ də durur.

İki kəndi – Göykümbət (Mustafa Topçubaşovun kəndi) və Cəfərabadı adlayıb İrəvana çatardıq. 1975-ci ildən1988-ci ilədək üç redaktorla çalışdım. Onların üçü də Amasiya Rayon Partiya Komitəsinin birinci katibliyindən baş redaktor vəzifəsinə təyin edilmişlər. Bu vəzifə qəzet üçün baza rolunu ifadə edirdi. Rəhmətliklər Məhərrəm Bayramov, Cahangir Əliyev, Zərbəli Qurbanov və onlardan əvvəl qəzetin baş redaktoru olmuş Həbib Həsənov Amasiya məktəbini keçmiş çox təcrübəli ziyalılarımız olublar. Erməni daşnaklar 1981-ci ilin yanvar ayının 6-da yeddi ilə yaxın qəzetə rəhbərlik etmiş Məhərrəm Bayramovu qətlə yetirdilər. Onu Zəngi çayının yanındakı Ağa-Dədə məzarlığında torpağa tapşırdıq.

İrəvan strateji bir ərazidə yerləşirdi. Ona görə də həmişə diqqət çəkib. Məsələn,1504-cü ildə səfəvi hökmdarı Şah İsmayıl vəziri Rəvanquluxana ərazidə qala tikmək göstərişini verir. Qala inşa edilir və 900-ə yaxın müsəlman evi qalanın içərisinə salınır. İnşa zərurəti nədən meydana çıxmışdı!? Məqsəd səfəvi sərhədlərini xarici  təhdidlərdən mühafizə etməkdən ibarət olmuşdu. Tikinti qurtardıqdan sonra Səfəvi hökmdarı qalaya vəzirinin adını qoyur. Osmanlı Səfəvi müharibəsində Şah İsmayıl xanədanlığının məğlubiyyəti nəticəsində Şəhər Qalası dağılır. Osmanlı hökmdarı 1582-ci ildə Qalanı yenidən bərpa edir.

Qədim İrəvanda erməni nəfəsi, erməni səsi 1828-ci ildə Gülüstan müqaviləsindən sonra ara-sıra eşidilməyə başlayıb. Şəhərdə bir kilsə, 8 məscid olub. Məhəllələrin adları da azərbaycanca idi: Təpəbaşı, Dəmribulaq, Yoncalıq, Sabunçu, Toxmaq. Bu adları indi xəyallarımız da yaşadırıq…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*