Mənzil bazarında durğunluq: Ucuzlaşma olacaq?backend

Mənzil bazarında durğunluq: Ucuzlaşma olacaq?

“Üç ildir ki, Bakıda daşınmaz əmlakın qiymətində kəskin artım müşahidə olunur. Bu, əmlak bazarında alıcı qıtlığına gətirib çıxarıb. Alıcılar gözləmə mövqeyi tutmağa üstünlük verirlər”.

KONKRET.az xəbər verir ki, bu fikirləri  açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib.

Onun sözlərinə görə, ötənilki rəqəmlərə nəzər saldıqda mənzillərin əksəriyyətinin ipoteka və bankdaxili kreditlərlə satıldığını görə bilərik:

“Alıcıların böyük hissəsi ipoteka krediti ilə mənzil almaq istəyir. Hazırda əmlak bazarında ipoteka predmetinə çevrilə bilən, mərkəzə yaxın ərazilərdəki köhnə binalardakı birotaqlı mənzillərin satış qiyməti 100-130 min manat arası dəyişir. Amma əvvəlki illərdə bu qiymətə iki və ya üçotaqlı mənzillər almaq mümkün idi”.

E.Fərzəliyev qeyd edib ki, yeni tikililərdə qiymət artımı daha çoxdur:

“İpoteka kreditinə müraciət etdikdə də qiymətlərlə vətəndaşın alıcılıq qabiliyyəti üst-üstə düşmür. Onların aldığı əməkhaqqı aylıq ipoteka kreditini ödəməyə uyğun deyil.

Ona görə də, mənzil ala bilmirlər. Mənzil ala biləcək şəxslər də gözləmə mövqeyindədirlər.

Düşünürlər ki, hansısa formada ucuzlaşma olacaq. Tələbat artdıqca, qiymətlər də qalxır. Amma digər ərazilərdə iqtisadi vəziyyət yaxşılaşdıqca, bu, mənzillərin qiymətinin ucuzlaşmasına gətirib çıxara bilər”./ Bakupost.az

  • Subi
    Sentyabr 15, 2024 - 04:18

    Beli ona gorede aileler dagilir ne vaxta qeder kiraye qalasan.insanlarcun hec yerde serait yarartmirlarki ev sahibi olasan.adam bele oldekede qalmag istemir.illik 13faiznen kredit verirler.kecen ay ipotekaya muraciet etdik,45mine 25illik bizden 152min pul alacaglar bu ne demekdi.hansi olkede bele seyler var.besdirinda day insanlari bezdirdizzz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*