Mərakeş yığması dünya çempionatlarında ilkə imza atdıbackend

Mərakeş yığması dünya çempionatlarında ilkə imza atdı

Mərakeş millisi dünya çempionatları tarixində yarımfinal mərhələsinə vəsiqə qazanan ilk Afrika təmsilçisi olub.

KONKRET.az-ın məlumatına görə, yığma buna Qətərdə keçirilən mundialda yiyələnib.

Mərakeş DÇ-2022-nin 1/4 finalında Portuqaliyanı 1:0 hesabı ilə üstələyib.

Afrikalılar növbəti raundda Fransa – İngiltərə cütünün qalibi ilə üz-üzə gələcək.

Mərakeşdən əvvəl Kamerun (1990), Seneqal (2002) və Qana (2010) 1/4 finalda iştirak etsə də, mərhələ adlaya bilməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*