Mərakeşdə baş verən zəlzələdə həyatını itirənlərin sayı 2 min 862 nəfərə çatıb.
KONKRET.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Mərakeşin El-Huz bölgəsində qeydə alınan 7 bal gücündə zəlzələdə həyatını itirənlərin sayı 2 min 862, yaralıların sayı isə 2 min 562-yə yüksəlib.
Xatırladaq ki, sentyabrın 8-nə keçən gecə Mərakeşdə 7 bal gücündə zəlzələ baş verib.