Mərakeşdə zəlzələdə ölənlərin sayı artdıbackend

Mərakeşdə zəlzələdə ölənlərin sayı artdı

Mərakeşdə zəlzələ nəticəsində ölənlərin sayı 2681 nəfərə çatıb.

KONKRET.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Təbii fəlakət nəticəsində ən azı 2501 nəfər yaralanıb. Ölən və yaralıların sayının artacağı istisna olunmur.

Xatırladaq ki, sentyabrın 8-dən 9-a keçən gecə Mərakeşdə 7 maqnitudalı zəlzələ olub. Yeraltı təkanların episentri Mərakeş-Safi bölgəsinə daxil olan Əl-Hauz əyalətində yerləşən İgil bölgəsinə düşüb. Zəlzələnin ocağı 8 km dərinlikdə yerləşib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*