Bu gün səhər saat 9 radələrində Mərdəkan qəsəbəsində qətl hadisəsi qeydə alınıb.
KONKRET.az xəbər verir ki, 1964-cü il təvəllüdlü Dadaşova Gülnarə Mikayıl qızı ov tüfəngindən atəş açılaraq qətlə yetirilib.
Qeyd edək ki, G.Dadaşovanın qayınatası, 1935-ci il təvəllüdlü Dadaşov Yaşar Məmməd oğlu cinayət əməlini törətməkdə şübhəli bilinir.
Faktla bağlı araşdırma aparılır.