Mərkəzi Afrikada  üç rusiyalı Vaqner üzvü öldürüldübackend

Mərkəzi Afrikada üç rusiyalı Vaqner üzvü öldürüldü

Mərkəzi Afrika Respublikasında dünən Vaqner dəstəsindən üç rusiyalı öldürülüb.

KONKRET.az xarici mediaya istinadla xəbər verir ki, Afrikalılar onlara pusqu qurublar, bundan sonra döyüş başlayıb. Döyüş zamanı 3 Vaqnerçi öldürülüb.

Qeyd edək ki, Vaqner qrupu (ЧВК Вагнера) qeyri-rəsmi silahlı qrupdur, mediada tez-tez Rusiyanın özəl hərbi şirkəti olaraq adlandırılır.

Vagner Afrikada mülki əhaliyə qarşı görünməmiş şiddətlərlə tanınır. Onlar tərəfindən mülki şəxslərin qaçırılması, işgəncə verilməsi və təcavüz edilməsi halları  çoxdur.

Xuraman Etibarlı

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*