Mərkəzi Bank “Azpul” MMC-ni 50 min manat cərimələyib .
KONKRET.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir. Məlumata görə, AMB tərəfindən BOKT-də kompleks yoxlama aparılıb.
Məlum olub ki, “Azpul” cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyi pozub.
İnzibati Xətalar Məcəlləsinin 598.1.1, 598.1.2, 598.1.6-ci maddələrinə müvafiq olaraq “Azpul” və onun vəzifəli şəxsi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən müvafiq olaraq 50 min və 10 min manat məbləğində cərimə edilib./Valyuta.az