Mərkəzi Seçki Komissiyasının sədrinə əlavə səlahiyyət verildibackend

Mərkəzi Seçki Komissiyasının sədrinə əlavə səlahiyyət verildi

Mərkəzi Seçki Komissiyasının (MSK) sədrinə yeni səlahiyyət verilib.

KONKRET.az-ın məlumatına görə, bununla bağlı Prezident İlham Əliyev “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Dəyişikliklə rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı genişləndirilib. Belə ki, Azərbaycan vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında qanunvericiliyin pozulması ilə bağlı inzibati xətalar haqqında işlər üzrə protokolu MSK adından qurumun sədri tərtib edə biləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*