“Məscid alver yeri deyil, qutu qoyub pul yığmaq” – İlahiyyatçı SƏRT DANIŞDIbackend

“Məscid alver yeri deyil, qutu qoyub pul yığmaq" - İlahiyyatçı SƏRT DANIŞDI

“Nəzir qutusu anlayışı sonradan meydana çıxıb və İslamın ilk dövrlərində mövcud olmayıb”.

Bu fikirləri ilahiyyatçı Tural İrfan KONKRET.az-a açıqlamasında səsləndirib.

QMİ-nin səlahiyyətləri Dini Komitəyə verilməlidir - Tural İrfan | Hafta.az

“Məscid alver yeri deyil. Peyğəmbərin zamanında nə nəzir qutusu olub, nə də belə bir ənənə olub. Nəzir, bir işin alınması üçün kiməsə kömək etməyə, yaxud imkansızlara dəstək olmağa görə verilən əhd deməkdir. İnsan bunu birbaşa konkret şəxslərə verə bilər. Qutu qoyub pul yığmaq, sonra da onun hara xərcləndiyini bilməmək doğru deyil”.

İlahiyyatçının sözlərinə görə, məscidlərin abadlığı və fəaliyyəti üçün yardım etmək istəyənlər bunu bank hesabı vasitəsilə də həyata keçirə bilərlər:

“Nəzir qutuları əvəzinə məscidin bank hesabı ola bilər. İstəyən şəxs oraya ianə edər. Çalışmaq lazımdır ki, məscidlər biznes mərkəzinə çevrilməsin. Qutuya pul yığmaq, sonra da onu bölmək Allah evinin təyinatını dəyişmək kimi bir şeydir”, – deyə Tural İrfan vurğulayıb.

O həmçinin əlavə edib ki, nəzir qutularının ləğvi ilə bağlı qərarı yalnız aidiyyəti qurumlar verə bilər.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*