Məsciddə içki içən şəxs həbs olundu – FOTObackend

Məsciddə içki içən şəxs həbs olundu - FOTO

İstanbulda məscidə daxil olan şəxs spirtli içki qəbul edərkən çəkilmiş görüntülərini Reddit hesabında “Allahla bir az dərdləşdim” qeydi ilə paylaşıb.

KONKRET.az türk mediasına istinadən xəbər verir ki, “Kondopolos” təxəllüsündən istifadə edən şəxs fotonun altındakı şərhlərə verdiyi cavablarda açıq şəkildə dini dəyərləri ələ salmağa davam edib.

Həmin şəxs yazdığı mesajda məscidin aşağı mərtəbəsinin boş olduğunu bildirərək “Çantamdan çıxarıb içdim” deyib. “Bunu necə idarə etdin?” Həmin şəxs şərhə cavab olaraq “Atatürkə Əkbər dedim, cəsarətimi toplayıb içəri girdim” deyib.

Təxribatçı mesajlarına davam edən şəxs “3200-dən çox məscidin kameralarına ayrı-ayrılıqda baxsınlar, tapanda polis bölməsinə gedərək ifadə verəcəm” yazıb.

İstanbul Polis İdarəsi bu qalmaqallı yazı ilə bağlı tədbir görüb və apardığı araşdırmalar nəticəsində S.Y.Ö. adlı şəxsi həbs edə bilib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*