Bakıda məsciddən oğurluq edilib.
KONKRET.az xəbər verir ki, bu barədə görüntülər BAKU.WS-in “qaynar xətti”nə daxil olub.
Bildirilir ki, hadisə zamanı Qaradağ rayonu Qobustan qəsəbəsində Şamlı məscidindən 2000 manat oğurlanıb.
Hadisə ilə əlaqədar Daxili İşlər Nazirliyinə müraciət edilib.
DİN-in mətbuat xidmətindən Nurlan Əliyev bildirib ki, oğurluq faktı ilə bağlı daxil olmuş müraciət üzrə araşdırma aparılır.
Nəticəsi ilə bağlı məlumat veriləcək.