Meşədə 100-dən çox at və eşşək cəsədi aşkarlandı – İsmayıllıda dəhşətbackend

Meşədə 100-dən çox at və eşşək cəsədi aşkarlandı - İsmayıllıda dəhşət

İsmayıllı rayonunun Xanagah kəndindəki meşə ərazisində  kütləvi şəkildə at və eşşək cəsədi aşkarlanıb.

KONKRET.az-ın məlumatına görə, bu barədə yerli sakinlər tərəfindən İsmayıllı rayon Polis Şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşları və meşə idarəsinin işçiləri tərəfindən əraziyə baxış keçirilib, yaranan antisanitar vəziyyətin dözülməz olduğu, yaxınlıqda yaşayan insanların üfunət iyindən əziyyət çəkdiyi müəyyən edilib.

Məlum olub ki, meşəlik əraziyə at və eşşək cəsədləri ötən bir neçə gün ərzində atılıb. Həmin əraziyə heyvan cəsədləri yük maşınları ilə gətirilib.

Xanagah meşəbəyliyinin ərazisində 20 metr uzunluğunda və 4-5 metr dərinlikdə qazılan quyuda yüzdən çox at və eşşək leşlərinin və sümüklərin tapılması faktı ilə bağlı İsmayıllı rayon Polis Şöbəsinin istintaq və təqiqat bölmələrində müvafiq araşdırma aparılır. Həmin əraziyə kütləvi şəkildə heyvan cəsədi atan şəxslərin müəyyən edilməsi istiqamətində polis əməkdaşları tərəfindən zəruri tədbirlər həyata keçirilir. Unikal.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*