“Məsələ bu axşam həll olunmayacaq, bizdən vaxt istədilər” – YENİLƏNİBbackend

“Məsələ bu axşam həll olunmayacaq, bizdən vaxt istədilər” - YENİLƏNİB

Xəbər verdiyimiz kimi, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Qarabağda yaşayan erməni əsilli şəxslərin ehtiyaclarının ödənilməsi üçün Bakıdan göndərdiyi humanitar yardım Ağdama çatıb.

KONKRET.az-ın məlumatına görə, yükün Xankəndiyə çatdırılmasına şərait yaradılması üçün Rusiya sülhməramlılarına müraciət ünvanlanıb.

Bunu Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş katibi Ceyhun Mirzəyev jurnalistlərə açıqlamasında deyib:

“Onlar da öz rəhbərliklərinə məruzə etdilər, cavab gözləyirik”.

***

“Bu axşam məsələ həll olunmayacaq, əlavə vaxt istədilər. Mən bütün kontaktlarımı onlara təqdim etdim. Bir daha humantar missiyamızı sülhməramlıların komandanlığına bildirdik. Bir məlumat olan kimi, mənə bildirəcəklər” – Ceyhun Mirzəyev söyləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*