Meşələrdə gizlənən silahlı ermənilərin terrorçu kimi tanınması üçün məsələ qaldırılmalıdır – İqor Korotçenkobackend

Meşələrdə gizlənən silahlı ermənilərin terrorçu kimi tanınması üçün məsələ qaldırılmalıdır - İqor Korotçenko

“Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və ərazilərində hər hansı bir qanunsuz xarici silahlı birləşmələrin olması təhlükəsizlik təhdidi yaradır. Bu səbəbdən bu birləşmələrin silahsızlaşdırılması və Ermənistan ərazisinə geri çəkilməsi üçün tədbirlər mütləq lazımdır”

KONKRET.az xəbər verir ki, bu fikirləriMilli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko “Vestnik Kavkaza” nəşrinə müsahibəsində söyləyib. Ekspert əlavə edib ki: “Düşünürəm ki, davamlı olaraq aparılan məsləhətləşmələr hesabına Rusiya sülhməramlılarının köməyi ilə qanunsuz silahlı birləşmələrin Azərbaycan ərazisindən çıxarılması məsələsini həll etmək lazımdır.

Eyni zamanda, meşələrdə gizlənənlərin terrorçu kimi tanınması ilə bağlı məsələ qaldırılmalıdır. Basqınlar davam edərlərsə, Azərbaycan onları beynəlxalq hüquq normalarına uyğun olaraq məhv etmək məcburiyyətində qalacaq. Bu məsələdə ikili standartlar ola bilməz “.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*