Türkiyənin məşhur aktrisası Ayten Soykök avtomobilini insanların üzərinə sürüb.
KONKRET.az İHA–ya istinadən xəbər verir ki, hadisə İstanbulun Taksim ərazisində baş verib.
Belə ki, avtomobilin idarəetməsini itirən 47 yaşlı aktrisa piyadaların yaralanmasına səbəb olub.
Hadisə nəticəsində ərazidə dayanan nişanlı cütlükdən biri və maşının üstünə düşən şəxslər yaralanıblar.