Məşhur aktyor dağda itkin düşdü – FOTObackend

Məşhur aktyor dağda itkin düşdü - FOTO

Məşhur britaniyalı aktyor Culian Sands Kaliforniyada dağlıq ərazidə itkin düşüb.

KONKRET.az xəbər verir ki, bu barədə CNN telekanalı yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Aktyorun həyat yoldaşı onun itkin düşdüyünü polisə yanvarın 13-də bildirib.

Məlumata görə, axtarış-xilasetmə qrupları pis hava şəraiti səbəbindən yalnız dronlarla axtarışları davam etdirirlər.

Qeyd edək ki, Culian Sands “Ölüm sahəsi”, “Əjdaha tatulu qız” və “Las-Veqası tərk edəndə” filmlərində oynadığı rollarla məşhurlaşıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*