Məşhur amerikalı reper VƏFAT ETDİbackend

Məşhur amerikalı reper VƏFAT ETDİ

Məşhur amerikalı reper Kulio 59 yaşında Los-Ancelesdəki dostunun evində vəfat edib.

KONKRET.az xəbər verir ki, bu barədə “TMZ” portalı sənətçinin menecerinə istinadən məlumat yayıb.

Bildirilir ki, polis Kulionun öldüyü evdə narkotik tapmayıb. Reperin ölüm səbəbi araşdırılır.

Qeyd edək ki, Kulio (əsl adı: Artis Leon Ayvi) 1963-cü ildə Kaliforniyada anadan olub. O, 1995-ci ildə yayımlanan “Gangsta’s Paradise” treki ilə tanınır. Eyni adlı albom qanqster repinin klassikası hesab olunur.

 

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*