Əfsanəvi basketbolçu Maykl Cordanın oyun forması hərraca çıxarılıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, artıq 2 milyon 750 min dollarlıq təklifin verildiyi formanın rekord qiymətə satılacağı gözlənilir.
Qeyd edək ki, forma sentyabrın 6-da Nyu Yorkdakı “Sotheby’s” hərrac evində satışa çıxarılıb. Hərracın sentyabrın 15-də başa çatacağı gözlənilir.
O, həmin formanı 1998-ci ildə NBA Finalında geyinib.
ABŞ-ın Nyu-York şəhərində açılan hərracda Serena Uilyams və Kobi Brayant kimi məşhur idmançılara məxsus əşyalar da satışa çıxarılıb. Serena Uilyamsa məxsus bir cüt ayaqqabının 5-10 min dollar arasında satılacağı gözlənilir.
2 il əvvəl vertolyot qəzasında qızı ilə birlikdə dünyasını dəyişən basketbolçu Kobe Brayantın 24 nömrəli formasının 140 min dollara alıcı tapacağı təxmin edilir.
İqbal Rzayev,
KONKRET.az