Amerikalı bəstəkar Andcelo Badalamenti 85 yaşında dünyasını dəyişib.
KONKRET.az xəbər verir ki, bu barədə “Hollywood Reporter” nəşri məlumat yayıb.
O, Pol Makkartni, Devid Boui, Nina Simon, Şirli Bessi, Patti Ostin və s. məşhur musiqiçilərlə əməkdaşlıq edib.
Qeyd edək ki, bəstəkar 70-dən çox film və teleserial üçün mahnı yazıb. “Qremmi”, “Müstəqil Ruh” və “World Soundtrack Award” mükafatlarına layiq görülüb.