Məşhur boksçunun ABŞ-a girişinə qadağa qoyuldubackend

Məşhur boksçunun ABŞ-a girişinə qadağa qoyuldu

Britaniyalı ağır çəkili boksçu Tayson Fyuri ABŞ-a buraxılmayıb.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, idmançının Amerikaya uçan təyyarəyə minməsinə icazə verilməyib.

Buna idmançının qadağan olunmuş maddələri yaymaqda şübhəli bilinən irlandiyalı kriminal lider Daniel Kinahanla əlaqəsi səbəb olub.

2022-ci ilin fevral ayında Fyury Dubaya səfər edib və Kinahan ilə şəklini yayıb. Boksçu bildirib ki, bu, onun özünün də cinayətkar olması demək deyil.

İrlandiyalıya gəlincə, o, özünü narkobaron deyil, iş adamı hesab edir və bütün ittihamları rədd edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*