Məşhur çipslərdə təhlükəli maddə aşkar edildi – Təcili geri çağırılırbackend

Məşhur çipslərdə təhlükəli maddə aşkar edildi - Təcili geri çağırılır

Belçika Qida Təhlükəsizliyi Təşkilatı (FAVV) “Carrefour Sensation” markasına məxsus “Paprika” ətirli çipslərdə insan sağlamlığı üçün kanserogen təsirə malik akrilamid maddəsinin yüksək səviyyədə aşkarlandığını bildirib.

KONKRET.az milli.az-a istinadən xəbər verir ki, sözügedən məhsul təcili olaraq satışdan yığılır.

“FAVV” və “Carrefour” rəhbərliyi vətəndaşlara bu məhsulu istehlak etməməyi və ən yaxın filiallara təhlükəsiz şəkildə geri qaytarmağı tövsiyə edib. Məhsulun satışda olduğu bütün ölkələrdə, o cümlədən Türkiyə filiallarında da toplatdırılmasına qərar verilib.

Qeyd edək ki, Akrilamid – nişasta tərkibli qidaların yüksək temperaturda bişirilməsi zamanı yaranan kimyəvi birləşmədir. Avropa Qida Təhlükəsizliyi Təşkilatı (EFSA) bildirir ki, bu maddə qlisidamid adlı metabolitə çevrilərək DNT-yə zərər verə, xərçəng riskini artıraraq neyrotoksik təsirlər yarada bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*