Məşhur cizgi filmi ilə bağlı SİRLİ MƏQAMLAR: Simpsonlar Trampdan nə istəyir?backend

Məşhur cizgi filmi ilə bağlı SİRLİ MƏQAMLAR: Simpsonlar Trampdan nə istəyir?

Məşhur “Simpsonlar” cizgi serialının yaradıcısı Mett Qroeninq növbəti satirik “iddia”sını səsləndirib. Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp vəfat etdikdə insanlar küçələrə axışaraq rəqs edəcək, lakin bu, “Prezident Vens” tərəfindən qadağan olunacaq. Maraqlıdır, bu cür proqnozlar ABŞ-ın daxili və xarici siyasətinə dair hansı siqnalları verə bilər?

Məsələ ilə bağlı KONKRET.az-a danışan Siyasi Texnologiyalar Mərkəzinin rəhbəri Vəli Əlibəyov bildirib ki, “Simpsonlar” uzun illərdir Amerika siyasətini yumor vasitəsilə tənqid edən bir serialdır:

Vəli Əlibəyov: “Əkdiyimiz PR toxumlarının kiçik cücərtilərini görürük”  MÜSAHİBƏ

“Bir çoxunun açıq şəkildə deyə bilmədiyini onlar ssenariyə daxil edərək cəmiyyətə çatdırırlar. Burada simvollar vasitəsilə mesajlar verilir. Rəqs azadlığın simvoludur. Əgər insanlar Trampın ölümünə rəqs edərək reaksiya verirlərsə, bu, onun siyasətindən narazı olanların çoxluğunu göstərir. Serialda Tramp cəmiyyəti qütbləşdirən bir fiqur kimi təqdim olunur”.

Ekspertin sözlərinə görə, süjetin ikinci hissəsində , “Prezident Vens”in rəqsə qadağa qoyması daha ciddi bir mesajdır:

“Burada göstərilir ki, Tramp nə qədər azadlıqları məhdudlaşdırsa da, ondan sonra gələn Vens daha sərt olacaq. Hətta insanların sevinməsinə belə icazə verməyəcək”.

Vəli Əlibəyov hesab edir ki, bu epizod həm daxili, həm də xarici auditoriyaya ünvanlanmış mesaj daşıyır:

“Ssenarist xarici izləyiciyə də göstərir ki, Trampdan narazı ola bilərsiniz, amma ABŞ daxilində vəziyyət də belədir. Onun ölümünə sevinənlər olacaq. Lakin ondan sonra gələcək rəhbər daha sərt siyasət yürüdə bilər. Bu, ABŞ-ın hazırkı siyasi mənzərəsinin satirik təsviridir”.
Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*