Məşhur futbolçu 5-ci liqa klubuna keçdibackend

Məşhur futbolçu 5-ci liqa klubuna keçdi

İspaniya millisinin sabiq üzvü Daniel Quizanın yeni klubu müəyyənləşib.

KONKRET.az xəbər verir ki,  42 yaşlı hücumçu İspaniyanın 5-ci liqa təmsilçisi “Rota”ya keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Onunla mövsümün sonuna kimi müqavilə imzalanıb.

Qeyd edək ki, Dani Quiza karyerası ərzində “Xeres”, “Malyorka”, “Ueska”, “Mursiya”, “Xetafe”, “Fənərbağça”, “Kadis” kimi klublarda çıxış edib. O, İspaniya millisinin heyətində 21 oyun keçirib və 6 qol vurub. O, 2008-ci ildə yığmanın heyətində Avropa çempionu olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*