Məşhur jurnalist SAXLANILDIbackend

Məşhur jurnalist SAXLANILDI

İstanbulda jurnalist Timur Soykan saxlanılıb.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı türkiyəli jurnalist Şule Aydın sosial şəbəkə hesabında paylaşıb.

Onun sözlərinə görə, Timur Soykan sosial şəbəkələrdəki paylaşımlarına görə saxlanılıb və hazırda polis bölməsinə aparılıb:

“Timur saxlanılıb! Hazırda onu polis idarəsinə aparırlar. Səbəb sosial şəbəkələrdə etdiyi paylaşımlardır”, – deyə Aydın bildirib.

İstanbul Prokurorluğu hadisəni təsdiqləyərək, jurnalistə qarşı “ictimaiyyətdə çaşqınlıq yaratmaq məqsədilə yalan və aldadıcı məlumatların yayılması” maddəsi üzrə istintaq başladıldığını açıqlayıb.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*