Məşhur kəndirbaz 600 metrlik məsafəni qət etdibackend

Məşhur kəndirbaz 600 metrlik məsafəni qət etdi

Fransanın paytaxtı Parisdə məşhur kəndirbaz Nathan Paulin Eyfel Qülləsinin birinci mərtəbəsindən Şaillot teatrına qədər olan 600 metrlik məsafəni ip üzərində qət edib.

KONKRET.az Axar.az-a istinadla xəbər verir ki, 27 yaşlı kəndirbaz 70 metr hündürlükdə bu uğura imza atıb.

Tamaşaçıların alqış sədaları altında Paulin uğurla müəyyən etdiyi hədəfə çataraq şou göstərməyi də unutmayıb.

Kəndirbazın üzərində təhlükəsizlik kəmərinin olduğu da deyilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*