Məşhur müğənni konsert zamanı ölümdən döndübackend

Məşhur müğənni konsert zamanı ölümdən döndü

Rio-de-Jeneyroda keçirilən möhtəşəm musiqi tədbiri təhlükəli terror planı ilə kölgələnə bilərdi.

KONKRET.az Milli.Az-a istinadən xəbər verir ki, dünya ulduzu Ledi Qaqanın Kopakabana çimərliyində verdiyi konsert ərəfəsində Braziliya polisi ciddi təhlükənin qarşısını alaraq, böyük faciənin yaşanmasının qarşısını aldı.

Məlumata əsasən, bu cür hücum yeniyetmələrin radikallaşmasını, zorakı davranışları və özünə xəsarət yetirmə hallarını təşviq edən bir qrup tərəfindən planlaşdırılıb.

Polis qeyd edib ki, təqsirləndirilən şəxslər əl işi olan partlayıcı qurğular və “molotov” kokteylləri vasitəsilə əlaqələndirilmiş hücumlar həyata keçirmək niyyətində olublar və bu prosesə hətta azyaşlılar da cəlb olunub.

Hadisə ilə əlaqədar iki nəfər şübhəli şəxs saxlanılıb.

Rio şəhər rəhbərliyi tərəfindən verilən məlumatda deyilir ki, amerikalı müğənni Ledi Qaqanın çıxışını izləmək üçün 2,1 milyonadək insan toplaşıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*