Məşhur müğənni milyarder oldubackend

Məşhur müğənni milyarder oldu

Amerikalı müğənni Robin Rihanna Fentinin sərvəti 1,7 milyard dollara çatıb. Bu göstərici onu rəsmən milyarder edib.

KONKRET.az xəbər verir ki, bu barədə “Forbes” jurnalı məlumat yayıb.

Bildirilib ki, müğənni yaradıcısı olduğu “Fenty Beauty” brendi sayəsində təxminən 1,4 milyard dollar qazanıb.

Məlumata görə, Rihanna şirkətin səhmlərinin 50 %-nə sahibdir.

Bundan əlavə, məşhur müğənni “Savage x Fenty” alt paltarı markasının satışından 270 milyon dollar əldə edib. Rihannanın qazancının digər hissəsi aktyorluq və musiqi karyerasına aiddir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*