Məşhur müğənni Roma Papasına səsləndi: “Artıq dözə bilmirəm”backend

Məşhur müğənni Roma Papasına səsləndi: "Artıq dözə bilmirəm"

Amerikalı məşhur müğənni Madonna Qəzza ilə bağlı Roma Papası XIV Leo-ya çağırış edib.

KONKRET.az xəbər verir ki, sənətçi katoliklərin ruhani liderinə müraciətində onu bölgəyə səfər etməyə dəvət edib.

“Çox gec olmadan Qəzzəyə gedin və işığınızı uşaqlara çatdırın. Bir ana olaraq onların əziyyət çəkməsinə dözə bilmirəm. Dünya uşaqları hamımızındır”, – deyə Madonna bildirib.

O, siyasətin dəyişiklik yarada bilməyəcəyini, bunun yalnız məlumatlılıqla mümkün olduğunu vurğulayıb və Papanın Qəzzaya girişinin qarşısının alına bilməyəcəyini qeyd edib.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*