Bursada təşkil olunan festival çərçivəsində səhnəyə çıxan məşhur müğənni Bayhan konsert zamanı tarazlığını itirərək yıxılıb, lakin səhnəyə qalxaraq çıxışını davam etdirib.
KONKRET.az Musavat.com-a istinadla xəbər verir ki, müğənni səhnədə mikrofon kabelinə ilişərək yıxılıb.
Bu hadisə tamaşaçılar arasında təşvişə səbəb olsa da, Bayhanın tezliklə ayağa qalxması onları sevindirib.
Müğənni konsertinə fasilə vermədən ifasını davam etdirib.
