Məşhur müğənni təcili xəstəxanaya yerləşdirildi – FOTObackend

Məşhur müğənni təcili xəstəxanaya yerləşdirildi - FOTO

Rusiyanın xalq artisti, müğənni İqor Nikolayev təcili xəstəxanaya yerləşdirilib.

KONKRET.az REN TV-yə istinadən xəbər verir ki, müğənni gecə saatlarında kardiologiya mərkəzinə aparılıb və hazırda reanimasiya şöbəsindədir.

Məlumata görə, onun infarkt keçirməsi ehtimalı var. 63 yaşlı musiqiçinin vəziyyəti barədə dəqiq məlumat verilmir.

Qeyd edək ki, İqor Nikolayev 1980-ci ildə Moskva Mədəniyyət İnstitutunun Estrada fakültəsini bitirib. O, 2001-ci ildə Əməkdar İncəsənət Xadimi, 2019-cu ildə isə Rusiyanın Xalq artisti adını alıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*