Məşhur müğənni xəstəliyini açıqladı – Müalicə olunacaqbackend

Məşhur müğənni xəstəliyini açıqladı - Müalicə olunacaq

Xəbər verdiyimiz kimi, məşhur müğənni İrem Derici bir neçə gün əvvəl Adanada konsert verməzdən əvvəl yıxılaraq başını yerə vurub. Müğənni xəstəxanaya yerləşdirilib.

KONKRET.az türk mediasına istinadla xəbər verir ki, ötən gün Bebekdə görüntülənən İrem Derici keçirdiyi qəza ilə bağlı danışıb:

“Konsert günü bədbəxt hadisə yaşadıq. Dodağıma, başım şişib. Öz evimin kənarında bir yerdə qalanda gecələr divarlara və ya başqa yerlərə çırpılıram,” – deyə müğənni bildirib.

Müğənni təcili yardımın gəldiyini və xəstəxanada həkimlərin onu müayinə etdiyini söyləyib:

“Heç bir problem yoxdur amma yuxu vaxtı gəzirəm.Bu səbəbdən müalicəyə başlayacağam”.

İrem Dericinin xəstəliyi pərəstişkarlarını həm təəccübləndirib, həm də kədərləndirib. Onun dəstəkçiləri sosial mediada müğənniyə dəstək mesajları paylaşıblar.//Milli.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*